İdman
Tanınmış aparıcı "Ulduz elçi" oldu
“Bakı 2015” Birinci Avropa Oyunlarının "Ulduz elçi"lər komandasına yeni qoşulan tanınmış şəxsin adı açıqlanıb.
Publika.az-ın məlumatına görə, aparıcı və xeyriyyə layihələrinin
müəllifi Nuran Hüseynov da (Hacı Nuran) "Ulduz elçi"lər siyahısına
daxil edilib. İdmana böyük marağı var və 13 il üzgüçülüklə və 2 il
şahmatla məşğul olub.
Beləliklə, “Bakı-2015”in mədəniyyət sahəsində seçilən "Ulduz elçi"lərin sayı 15-ə çatıb.
Gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad
Rəhimov Nuran Hüseynovu Birinci Avropa Oyunlarının son "Ulduz
Elçi"si kimi salamlamaqdan məmnun olduğunu bildirib:
"Nuran Azərbaycanda tanınmış jurnalistlərdəndir və öz tamaşaçılarının böyük rəğbətini qazanıb. O, "Ulduz elçi" olaraq “Bakı-2015”in dəyərlərini təbliğ etməyə yardımçı olacaq. Nuran “Bakı-2015” komandası üçün layiqli sima və mükəmməl seçimdir”.
N.Hüseynov isə bunları bildirib:
“İlk Avropa Oyunlarının "Ulduz Elçi"si seçildiyim üçün qürur hissi duyuram. İdman hər zaman məni ruhlandırıb və insanları bir araya gətirməyə, sağlam həyat tərzini təlqin etməyə yardımçı olduğuna inanıram. Çətinlikləri dəf etmək həyatın bir hissəsidir və idmançılar həyatlarının hər gününü fədakarlıq və öhdəliklə yaşayırlar. Gəncləri idmana cəlb etmək üçün çalışacağam, burada iştirak etməyin yarada biləcəyi imkanları və digər üstünlükləri təbliğ edəcəyəm”.
Qeyd edək ki, Nuran Hüseynov müğənnilər Tünzalə Ağayeva, Röya, Miri Yusif, Eldar Qasımov, Nigar Camal, aktyorlar Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar, musiqiçi DJ Shock, eləcə də, tanınmış aparıcılar Murad Dadaşov, İlkin Həsəni və Azər Qəribdən sonra növbəti Ulduz Elçi oldu.
-
Ekologiya21:48
Dəmlənmiş çay yarpaqlarının elə bir faydası üzə çıxdı ki...
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi