İdman
Olimpiya çempionumuz niyə Avropa Oyunlarından kənarda qaldı?
Sərbəst güləş üzrə 84 kq çəki kateqoriyasında 2012-ci il olimpiya çempionu, azərbaycanlı Şərif Şərifov Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak etməyə bilər.
Publika.az xəbər verir ki, olimpiya çempionumuz bu barədə “İnterfaks” agentliyinə açıqlama verib. O bildirib ki, Xetaq Qazyumovla arasında baş tutan görüşdə məğlub olub. Bu üzdən Qazyumov İlk Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb. Həmçinin o qeyd edib ki, 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına hazırlaşır.
Məsələ ilə bağlı sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudovla əlaqə saxladıq. F.Umudov Publika.az-a açıqlamasında planda Xetaq Qazyumovun olduğunu təsdiqlədi:
“Şərif Şərifov aprelin 11-12-də Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində sərbəst güləş üzrə Dünya Kubokunda güləşəcək. Xetaq Qazyumov İlk Avropa Oyunlarında iştirak edəcək. Qismət, hər şey ola bilər. Hər hansı bir problem olmazsa, planımızda Xetaqdır. Biz onlar arasında sınaq görüşü keçirdik. Kim udsa I Avropa Oyunlarında güləşəcəkdi. Elə oldu ki, Xetaq Qazyumov qalib gəldi. Biz Şərifin yeni çəkisinə - 88 kq-a tam adaptasiya olunmasını istəyirik. Elə deyə bilərəm ki, ümidlərimizi də doğruldur. Dağıstandakı yarışda medal aldı, Fransadakı beynəlxalq turnirdə qalib gəldi. Bizim də bugünkü məqsədimiz onun, Toğrulun və digər idmançıların çəkilərinə öyrəşmələri, daha yaxşı güləşə bilmələridir.
Şərif Şərifovun da çəkisində rəqabət çoxdur. Əslində rəqabətin olması daha yaxşıdır. Amma deyərdim ki, Xetaq da Şərif də eyni gücə malik güləşçilərdir. I Avropa Oyunlarından sonra bizi əsas yarışlardan biri – dünya çempionatı gözləyir”.
Daha sonra millinin böyük məşqçisi Los Ancelesdəki məşqlər barədə də danışdı:
“Buradakı şəraitə uyğunlaşmaq üçün bir az tez gəldik. Ayın 4-dən burdayıq və təlim-məşqləri burada davam edirik. Məşqlər yaxşı keçir. Aprelin 10-da çəki olacaq, ayın 11-12-də yarışdır. İnşallah, aprelin 15-də vətənə qayıdacağıq”.
Aygün İlqarqızı
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər