İdman
Bakı 2015: Hollandiyadan 9 üzgüçü gəlir
Hollandiyanın 9 üzgüçüsü milli çempionatda uğurlu çıxış edərək Avropa Oyunlarında iştirak hüququ qazanıb.
Publika.az xəbər verir ki, Marrit Steenberqen 50 m, 100 m və 200 m sərbəst formada, eləcə də 50 m arxaüstə və 200 m qarışıq üslubda fərqlənib. O, Eyndhoven şəhərində yerləşən Piter van den Hooqenband üzgüçülük arenasında keçirilmiş üzgüçülük kubokunda yüksək pillədə yer alıb.
200 metr sərbəst formada üzgüçülük üzrə hollandiyalı üzgüçülər - Frederik Yanssen, Laura van Engelen və Marieke Tienstra - Bakı-2015 Avropa Oyunlarının idman növü üzrə təyin etdiyi zaman məhdudiyyətinə riayət edə biliblər.
F.Yanssen, həmçinin üzgüçülüyün 50 və 100 m sərbəst forması üzrə kvota yeri əldə edib. M.Tienstra yarışlarda fərqlənərək Hollandiya üçün üzgüçülüyün 200 m baterfley forması və 200 m qarışıq forması üzrə kvota yeri qazanıb.
İris Tyonk xüsusi olaraq üzgüçülüyün baterfley forması üzrə fərqlənərək 50, 100 və 200 metrlərdə Hollandiya üçün kvota yeri qazanıb.
Bakı-2015 Avropa Oyunlarında kvota yeri əldə etmiş 9 hollandiyalı üzgüçü Hollandiya Milli Olimpiya Komitəsi tərəfindən nəzərdən keçirilir. Bu ölkənin MOK-u Bakı-2015 Avropa Oyunlarında iştirak edəcək milli komanda üzrə son qərarı bəyan edəcək.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...