İdman
Tez sevinənin axırı belə olur
Amerikada keçirilən yüngül atletika yarışında maraqlı hadisə yaşanıb.
Publika.az xəbər verir ki, 3000 metr məsafəyə maneələrlə qaçışda Oreqon ştatından olan Tanqay Pepiot əsl həyat dərsi alıb.
Belə ki, yarışın gedişində rəqiblərini bir xeyli geridə qoyan atlet, bunu finişə çatmamış qeyd etmək fikrinə düşüb. Pepiot finişə bir neçə metr qalmış tamaşaçılara əl etməklə qələbəsini qeyd etməyə başlayıb. O, bu vaxt ona getdikcə yaxınlaşan rəqibi Meron Saymonu görməyib. Pepiot izləyicilərin xəbərdarlığına da məhəl qoymayıb. Atlet yalnız Saymon onu keçdikdən sonra vəziyyətin nə yerdə olduğunu dərk edib. Onda isə artıq gec idi...
Rəqibinin səhlənkarlığından məharətlə istifadə edən vaşinqtonlu atlet Saymon hadisə barədə belə danışıb:
"Mən elə bilirdim ki, o, məndən xəbərdardı. Baxmayaraq ki, məndən çox uzaqda idi. Mən ona yaxınlaşdıqca izləyicilər dəli olmağa başlamışdı. O isə onlara sadəcə əl edirdi. Bu vaxt onun məni görmədiyini anladım. Sona beş metr qalmış mən onu keçdim".
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər