İdman
Kikboks üzrə ölkə çempionatı keçiriləcək
18-19 aprel 2015-ci il tarixlərində Kikboksinq üzrə XXI Azərbaycan çempionatı keçiriləcək.
Bu barədə Publika.az-a Kikboksinq Federasiyasından məlumat verilib. Məlumata görə, çempionat Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyinin vahid idman təqvim planına əsasən Sərhədçi Olimpiya Kompleksində keçiriləcək. Əsas məqsəd isə 2015-ci ildə dünya, Avropa çempionatının beynəlxalq və peşəkarlar arasında turnirlərində iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirməkdir. Yarışa iki yaş qrupu üzrə idmançı qatılacaq. İlk mərhələ aprelin 18-də, yarımfinal və final döyüşləri isə aprel ayının 19-da baş tutacaq.
Döyüşlər kişilər arası və kadetlərin 2 yaş qrupu (11 yaşa qədər və 11 yaşdan 14 yaşa qədər) arasında olacaqdır. Respublika çempionatında ölkədə kikboksinq üzrə fəaliyyət göstərən bütün klub və filialların idmançıları, ümumilikdə 350 nəfərdən yuxarı kikboksçuların iştirakı planlaşdırılıb.
Xatırladaq ki, komandaların gəlmə və çəki günü 16 aprel 2015-ci il tarixində saat səhər 10:00-dan 15:00-dək Azərbaycan Kikboksinq Federasiyasının Təlim Məşq Bazasında baş tutacaq (Ünv: Tofiq Bəhrəmov adına Respublika stadionun yanında yerləşir).
Yarış 18 aprel 2015-ci il tarixində saat 10:00-da başlayacaq, təntənəli açılış isə həmin gün saat 15:00-da baş tutacaq. Yarışın final döyüşləri 19 aprel 2015-ci il tarixində saat 15:00-da gerçəkləşəcək.
Bununla bağlı jurnalistlərin suallarını cavablandıran Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev artıq belə yarışların mütəmadi olaraq keçirildiyini söyləyib:
“Məqsəd belə tədbirlərlə gənclər arasında idmanın inkişafına dəstək olmaq və idmanın kütləviliyini təmin etmək, xüsusilə, gənclərdə vətənpərvər ruhunu gücləndirmək, narkomaniyaya yox demək və gənclərin pis vərdişlərdən uzaq durmasıdır. Cənab prezidentin idman siyasətinə dəstək olaraq belə yarışları müntəzəm olaraq keçirməyi planlaşdırırıq”.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR