İdman
"Qəbələ"nin futbolçusu azarkeşlərə söz verdi
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi klubun qəzetinə açıqlama verib.
Publika.az xəbər verir ki, futbolçu "Neftçi"ylə görüşün onun üçün prinsipial olmadığını bildirib:
"Neftçi" sıradan bir rəqib deyil, Azərbaycan futbolunun flaqmanıdır. Vaxtilə "Neftçi"də oynadığımdan, hər dəfə bu kluba qarşı meydana çıxanda gözəl hisslər yaşayıram. Açığı, flaqmana qarşı görüşlər mənim üçün heç də prinsipial deyil, əvəz çıxmaq fikrim olmur. Sadəcə, böyük motivasiya ilə meydana çıxıram. Sözsüz ki, "Neftçi"ni məğlub etmək istəyirik. Çünki indiki dövrdə bizi ancaq 3 xal qane edir. Elə azarkeşlərimizi də yalnız qələbə düşündürür. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik".
27 yaşlı futbolçu keçmiş klubuna qol vuracağına inanır:
"Fanatlara qollarımın davamının gələcəyini söz verə bilərəm. "Neftçi"dən gedəndən sonra "Bakı"nın heyətində bu komanda ilə oyunda fərqlənmişəm. "Qəbələ"də də "Neftçi" ilə görüşlərdə qol hesabımı açacağıma ümidvaram".
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ