İdman
Olimpiya mükafatçımız Moskvaya silahlı getdi
25 Fevral 2014-cü il tarixində Rusiyanın Moskva şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı keçiriləcək. Yarışda Azərbaycanı ümumilikdə 8 idmançı təmsil edəcək. İdmançılarımız 3 qrupda yarışacaqlar- böyüklər, gənclər və yeniyetmələr...
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova bu turnirlə bağlıPublika.Az-a ətraflı məlumat verdi:
“Fevralın 25-dən martın 4-nə qədər Moskvada güllə atıcılığı üzrə Avropa çempionatı keçiriləcək. İdmançılarımız turnirə məşqçilər Vladimir Lunyov, Olqa Stepanovanın rəhbərliyi altında yola düşəcək.
Moskvaya 3 qrup gedəcək. Böyüklər arasında 3 nəfər- İradə Haşımova, Ruslan Lunyov və Rəsul Məmmədov ölkəmizi təmsil edəcək. Gənclər arasında isə iki nəfər- Urfan Axundov və Nərminə Səmədova öz güclərini sınayacaq.
Həmçinin yeniyetmə idmançılarımız da orada güclərini sınayacaqlar. Onlar isə Elvin Astanov, Nəzrin Abbaslı və Leyla Mirzazadədir.
Onu da qeyd edim ki, Nərminə Səmədova və Urfan Axundov həm Avropa Çempionatında iştirak edəcək, həm də gənclər və yeniyetmələr arasında Çində keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanmaq üçün yarışacaqlar”.
Öncə də qeyd etdiyimiz kimi, yarışa yollanan idmançılarmız arasında Yay Olimpiadasının bürünc mükafatçısı İradə Haşımova da var.
Publika.Az-a danışan xanım idmançı bu yarışa Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yola düşdüyünü vurğuladı.
“Biz bu yarışa Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yola düşürük. Sağ olsunlar ki, bizə dəstək olurlar. Artıq bəzi idmançılarımız Moskvadadırlar. Bəziləri isə yol üstündədir. Yarışa fevralın 25-də start veriləcək. Düşünürəm ki, ölkəmizi şərəflə təmsil edib, layiqli qələbə qazanacağıq. Təbii ki, ora qələbə üçün gedirik, təbii ki, hədəfimiz qızıl medallardır. Ümid edirəm yaxşı nəticələrlə qayıdacağıq”.
Aygün İlqarqızı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ