İdman
Məşhur Zabitimiz mükafatının bir hissəsini Ordumuza bağışlayacaq
Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirində qalib gəlməsi nəticəsində qazandığı 1 milyon dirhəm (286 min manat) pul mükafatının müəyyən hissəsini Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacaq.
"Report"un məlumatına görə, bu barədə Z.Səmədov özü məlumat verib. "Bir döyüş idman növünü təmsil etdiyim üçün ordumuza hər hansı formada köməklik etməyi özümə mənəvi borc bilirəm. Mən bütün qələbələrimi Azərbaycana həsr edirəm!" - Zabit Səmədov deyib.
Xatırladaq ki, aprelin 17-də Z.Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirinin qalibi olub. 31 yaşlı idmançı mübarizəyə yarımfinal mərhələsindən başlayıb. Z.Səmədov şotlandiyalı ulduz Stiv Makkinnonu məğlub edib. Digər yarımfinal qarşılaşmasında Konqo-Almaniya əsilli Danyo İlunqa iranlı Cəfər Əhmədidən üstün olub. Nəticədə finalda Səmədov İlunqa ilə üz-üzə gəlib. Görüş başlayan kimi Azərbaycan təmsilçisi ardıcıl 2 dəfə ayaq zərbələri ilə rəqibini yerə sərib. Növbəti raundlarda döyüşü əks-hücumlar üzərində quran Səmədov kəsərli zərbələrlə 4-cü raundda qələbəyə nail olub. Bununla da "Mauqli" ləqəbli məşhur azərbaycanlı döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.
Dubayda keçirilən bu turnirin super finalı isə bu ilin dekabr ayında keçiriləcək. Həmin döyüşün qalibi mükafat kimi 1 milyon ABŞ dolları qazanacaq.
-
Nəqliyyat23:00
"1 manatlıq" taksi dövrü bitir - Cərimə yazılacaq
-
MDB22:24
İrəvan-Moskva aviareysində TƏHLÜKƏ: təyyarənin qapısını açmağa cəhd etdi - VİDEO
-
Magazin121:12
Nəzrinin bal ayı belə geçir - FOTO
-
Hadisə21:00
Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA: 4-cü kurs tələbəsi...
-
Səhiyyə20:12
Arıqlamaq üçün İNQİLABİ DƏRMAN - Oral forması da sınaqdan keçirildi
-
Magazin219:40
Məşhur serial ulduzu 59 yaşında vəfat etdi - FOTO
-
Sosial19:24
Qadınların şəklini çəkib "TikTok"da yayan şəxs SAXLANILDI - FOTO
-
Sosial19:00
Kəmaləddin Heydərov bu xanıma VƏZİFƏ VERDİ - FOTO