İdman
Dünya futbolunun taleyi həll olunur – Seçki olacaq
Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın prezident postuna seçki keçiriləcək.
Publika.az xəbər verir ki, seçki ali futbol qurumunun 65-ci Konqresi çərçivəsində baş tutacaq. Bu vəzifə uğrunda qurumun hazırkı rəhbəri Yozef Blatterlə İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn mübarizə aparır. Seçki son günlər qurumda baş verən korrupsiya qalmaqalları və aralarında 2 vitse-prezident də olmaqla, 11 məmurun həbsi fonunda gerçəkləşəcək.
FİFA prezidenti istefa vermək niyyətində olmadığını bəyan edib. Hərçənd, UEFA prezidenti Mişel Platini ona belə bir xahişlə müraciət edib. Üstəlik, Avropa futbol qurumu bütün milli assosiasiyalara müraciət edərək, şahzadə Əlini dəstəkləməyi xahiş edib: "Mən bunu kədərlə və gözüyaşlı deyirəm. FİFA belə münasibətə layiq deyil. FİFA futbolun anasıdır. Mən Blatterdən istefa verməsini xahiş etdim. Ona "Bəsdir, Zepp!" dedim. O, məni dinlədi, amma artıq gec olduğunu bildirdi. FİFA-da dəyişikliyin yeganə yolu onun prezidentini dəyişməkdən ibarətdir".
Artıq FİFA İcraiyyə Komitəsinin üzvü və Braziliya Futbol Konfederasiyasının prezidenti Marko Polo del Nero FİFA Konqresini tərk edib. Onun seçkidə iştirak etməyəcəyi bildirilir. Amma Rusiya Futbol İttifaqı seçkidə hazırkı prezidenti dəstəkləyəcəyini bildirib. Elə FİFA-dakı mənbədən TASS-a bildirilib ki, Y.Blatter yenidən prezident seçiləcək. Bu, səsvermənin ikinci turunda baş verəcək. Qurumun hazırkı rəhbəri 120-130 səs yığacaq.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək FİFA Konqresində Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edəcək.
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM