Tur başlayır: 6 komandanın avrokubok mübarizəsi
Bizi izləyin

İdman

Tur başlayır: 6 komandanın avrokubok mübarizəsi

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. Avrkuboklara vəsiqə uğrunda mübarizə aparan "Sabah" və "Səbail" komandaları birincilərin meydanında üz-üzə gələcək. Masazır qəsəbəsində baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Turun digər matçları 28 və 29 mart tarixlərində oynanılacaq. Bazar günü 3 görüş keçiriləcək.

Elitada qalmaq uğrunda mübarizə aparan "Qəbələ" "Kəpəz"i qəbul edəcək. Heç də yaxşı günlərini yaşamayan "Neftçi" doğma meydanda avrokubok eşqinə düşən "Turan Tovuz"la qarşılaşacaq.

Çempionatda format oyunlar keçirən "Qarabağ" bu dəfə Sumqayıta səfər edəcək. Sözügedən şəhərin eyniadlı komandası avrokubok mübarizəsində büdrəməməyə çalışacaq.

Bazar ertəsi ikinci pillədə qərarlaşan "Zirə" "Araz Naxçıvan"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası, 32-ci tur

27 aprel (şənbə)

18:00. “Sabah” – “Səbail”
“Bank Respublika Arena”

28 aprel (bazar)

15:30. “Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu

17:45. “Neftçi” – “Turan Tovuz”
“Neftçi Arena”

20:00. “Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

29 aprel (bazar ertəsi)

19:00. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm