Berlində təsiredici vida, “Uembli”də qəlyanaltı - Ulduzlardan həftənin FOTOLARI
Bizi izləyin

İdman

Berlində təsiredici vida, “Uembli”də qəlyanaltı - Ulduzlardan həftənin FOTOLARI

Sosial şəbəkələr idman dünyasının ulduzlarının da gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhurlar sosial şəbəkələr vasitəsilə pərəstişkarları ilə əlaqə saxlayır, onların fikirlərini öyrənir, öz düşüncələrini bölüşürlər.

Təbii, ulduzların sosial şəbəkədəki sevimli “oyun”larından biri də şəkillər paylaşmaqdır. Dünya idmanının tanınmış simaları təkcə öz şəkilləri ilə diqqət çəkmirlər. Onlar ən müxtəlif mövzuları özündə əks etdirən şəkillər paylaşırlar. Ötən həftə də istisna olmadı. Dünya ulduzları “instaqram”da müxtəlif mənalar kəsb edən şəkillər paylaşdılar.

Publika.az ötən həftə idman ulduzlarının paylaşdığı ən maraqlı fotoları təqdim edir:

1. Dortmund “Borussiya”sının rəsmi səhifəsi - Yürgen Kloppla Berlində təsiredici vidalaşma.

2. FİFA World Cup səhifəsi – Bir gecədə dörd kubok.

3. “Arsenal”ın rəsmi səhifəsi - İngiltərə kubokunun final oyunundan sonra “Topçular”ın azarkeşləri.

4. Kevin De Bruyne - “Volfsburq”un futbolçusu Almaniya kubokunu qazanandan sonra: “Ey, Joze, mən də titul qazana bilirəm”.

5. Rio Ferdinand - İngiltərə kubokunun final qarşılaşmasından öncə: qaş özü yuxarı dartınır.

6. Devid Bekhem - Uşaqlar “Uembli”yə yığışıblar. Qəlyanaltı etmək və futbola baxmaq üçün.

7. Robin Van Persi - Robin Van Persi adına turnirdə.

8. Cermeyn Lens - Kiyev “Dinamo”sunun çempionluq törənində.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm