İdman
Olimpiya Oyunlarına vəsiqə verən yarışların tarixi açıqlanıb
XXXI Yay Olimpiya Oyunları 2016-cı il 5-21 avqust tarixində Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək.
Publika.az xəbər verir ki, Olimpiya Oyunlarında güləşçilər hər növ üzrə 6 çəki dərəcəsində mübarizə aparacaqlar.
Sərbəst güləş: 57, 65, 74, 86, 97, 125;
Yunan-Roma güləşi: 59, 66, 75, 85, 98, 130;
Qadın güləşi: 48, 53, 58, 63, 69, 75;
Ümumilikdə, 18 çəki dərəcəsində sərbəst və yunan-Roma güləşinin hər biri üzrə 114, qadın güləşi üzrə isə 108 idmançı Olimpiya qızılı uğrunda mübarizə aparacaq.
Güləş idman növündə Yay Olimpiya Oyunlarına ilk vəsiqələr 7-12 sentyabrda ABŞ-ın Las Veqas şəhərində keçiriləcək Dünya çempionatında qazanılacaq. Dünya çempionatında Olimpiadada iştirakı nəzərdə tutulan hər çəki dərəcəsində ilk beşlikdə qərarlaşan güləşçilər Rioya vəsiqəni təmin etmiş olacaq.
İlk cəhddə vəsiqə qazana bilməyən ölkələr və idmançıların qitə və dünya təsnifat turnirlərində mübarizə aparmaq şansı olacaq. Azərbaycan güləşçiləri üçün bu yarışlar 2016-cı ilin 15-17 aprelində Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, 22-24 apreldə Monqolustanın Ulan-Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq.
Yığma komandalarımızın qarşısında duran məqsəd maksimum sayda vəsiqə qazanıb növbəti Olimpiya Oyunlarında da ölkəmizi layiqincə təmsil etməkdir.
Xatırladaq ki, müstəqil Azərbaycanın güləş yığma komandası indiyə qədər qatıldığı Olimpiya Oyunlarında ümumilikdə 14 medal qazanıb. Bu medallardan 4-ünün əyarı qızıldır. Olimpiya medallarından 5-i gümüş, 5-i isə bürünc əyarlıdır.
-
Nida Xəbər 29 May 22:28
Ceyhun Bayramov Pakistanda səfərdədir
-
Magazin229 May 21:52
Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi
-
MDB29 May 20:50
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi
-
Magazin129 May 20:40
Bəhram Bağırzadənin bu hüququ məhdudlaşdırıla bilər
-
Elm və təhsil29 May 20:32
Müəllimlərə maaşlarla bağlı ŞAD XƏBƏR
-
Elm və təhsil29 May 19:52
Baş nazirdən QƏRAR: təkrar sertifikatlaşdırmadan keçməyənlər...
-
Magazin229 May 19:36
38 yaşlı məşhur aktrisa vəfat etdi - FOTOLAR
-
Elm və təhsil29 May 19:20
9 rəhbər şəxs vəzifəsindən azad olundu