“Qəbələ” futbol klubunun hazırlıq planı müəyyənləşib
Bizi izləyin

İdman

“Qəbələ” futbol klubunun hazırlıq planı müəyyənləşib

“Qəbələ” futbol klubunun 2015/2016-cı il mövsümünün hazırlıq planı müəyyənləşib.

Ardıcıl ikinci dəfə Avropa Liqasında çıxış edəcək “Qəbələ” qitə miqyaslı turnirə hazırlıq məqsədilə iki təlim-məşq toplanışı keçirəcək. Baş məşqçi Roman Qriqorçukun yetirmələri hazırlığın ilk mərhələsini Türkiyədə gerçəkləşdirəcək. Ərzurumda təşkil olunacaq toplanış iyunun 10-da start götürəcək. İyunun 19-dək davam edəcək hazırlıq çərçivəsində yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub.

İyunun 21-30-da isə ikinci təlim-məşq toplanışı keçiriləcək. Komandamız avrokuboklara hazırlığını Qəbələdə tamamlayacaq.

“Qəbələ” Avropa Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq. Yarışın ilk iki mərhələsinin püşkü iyunun 22-də atılacaq. “Qəbələ” ilk oyununu iyulun 2-də, cavab matçını 9-da keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm