Azərbaycan medal sayına görə birincidir - SİYAHI
Bizi izləyin

İdman

Azərbaycan medal sayına görə birincidir - SİYAHI

Bu gün I Avropa Oyunlarında 17 ölkə aktivinə medal yazdıra bilib.

Publika.az xəbər verir ki, komandamız ən çox medal qazanan ölkələr sırasında ilk pillədədir. Ancaq medalların əyarına görə millimiz 2-ci sıradadır. İlk sırada İsveçrə təmsilçisi 3 qızıl, 1 gümüş, 2 bürünc medalla qərarlaşıb. İlk 3-lükdə Rusiya 3 qızıl medalla yer alıb.

Karate:

Həmyerlimiz Rafael Ağayev İtaliya idmançısı Luiqi Busa ilə qarşılaşıb. Qələbə çalan həmyerlimiz qızıl medala sahib olub.

***

Azərbaycanlı idmançı Firdovsi Fərzəliyev özünün italiyalı rəqibini 4:0 hesabı ilə məğlub edərək, qızıl medalın sahibi olub.

***

Bürünc medal uğrunda 55 kq çəkidə azərbaycanlı idmançı İlahə Qasımova və İspaniya təmsilçisi Qarsia Ferrer 5:2 hesabıyla məğlub edərək bürünc medalın sahibi olub.

***

Azərbaycanlı idmançı Niyazi Əliyev özünün almaniyalı rəqibini 3:1 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.

Güləş:

Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşüb və 3-1 hesablı qələbə əldə edərək qızıl medala sahib çıxıb.

***

Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevə məğlub olaraq gümüş medal qazanıb.

***

Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan Nuriyev bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenkə məğlub olub və komanda aktivinə medal yazdıra bilməyib.

***

Elman Muxtarov erməni güləşçini 4-1 hesabı ilə məğlub edərək bürünc medal əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm