İdman
İlk Avropa Oyunlarının açılış mərasimi Misir mətbuatında - FOTO
Misir mətbuatı Bakıda ilk Avropa Oyunlarının açılış mərasiminin keçirilməsi və bu tədbirin ən yüksək səviyyədə təşkil olunması barədə məqalələr dərc etməkdə davam edir.
Misirin “Əl-Əxbarak”, “Al-Masriyun”, “Al-Farain”, “Al-Balad”, “Al-Youm as-Sabia” və bir sıra elektron qəzetlərində “Bakı-2015” ilk Avropa Oyunlarının parlaq və yaddaqalan açılış mərasimində Azərbaycanın zəngin tarixini, mədəniyyətini və ədəbiyyatını dünyaya təqdim etməsi barədə materiallar yayılıb.
Materiallarda birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyəti qeyd olunmaqla yanaşı, bildirilir ki, bu böyük idman bayramı və möhtəşəm təşkil olunmuş mərasim nəinki Avropanın, həmçinin dünyanın idman tarixinə parlaq səhifə kimi yazılıb.
Məqalələrdə milyonlarla tamaşaçının seyr etdiyi ecazkar açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin, bir sıra ölkələrin dövlət və hökumət başçılarının, o cümlədən Misirin idman və gənclər naziri Xalid Əbdüləzizin və digər yüksək səviyyəli rəsmilərin iştirak etdikləri diqqətə çatdırılır. “Əl-Youm as-Sabia” qəzeti nazir Xalid Əbdüləzizin söylədiyi fikirlərə istinadla yazır: “Azərbaycan rəhbərliyi idmanın inkişafına və bu sahədə beynəlxalq əməkdaşlığa böyük diqqət yetirir. Azərbaycan Avropa Oyunlarını bütün dünyaya ən yüksək səviyyədə təqdim edir”.
Misir mətbuati, həmçinin xüsusi qeyd edir ki, mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən min nəfər mütəxəssis cəlb olunub. Yarışlarda 50 Avropa ölkəsindən 6 mindən çox idmançının 253 medal dəsti uğrunda mübarizə aparması barədə maraqlı məlumatlar yer alıb. Həmçinin bildirilir ki, birinci Avropa Oyunları dünya idman tarixində olduqca mühüm və yaddaqalan hadisədir.
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO