Taha Akgül: Qardaş ölkədə qızıl medal qazanmaq...
Bizi izləyin

İdman

Taha Akgül: Qardaş ölkədə qızıl medal qazanmaq...

Türkiyə ictimaiyyəti “Bakı-2015” ilk Avropa Oyunlarında qızıl medal qazanan güləşçi Taha Akgülün qələbəsini böyük sevinclə qarşılayıb. Anadolu Agentliyi, “NTV spor” televiziya kanalı, “Yeni şəfəq” qəzeti və digər informasiya mənbələri türkiyəli güləşçinin qələbəsini böyük idman zəfəri kimi təqdim edir.

Bakıda keçirilən ilk Avropa Oyunlarındakı böyük zəfərini bu vaxtadək qazandığı və gələcəkdə qazanacağı bütün qələbələrdən həmişə yüksək tutacağını bildirən güləşçi Türkiyə mətbuatına müsahibəsində deyib: “Qızıl medalı qardaş ölkədə qazanmağım mənim üçün xüsusi önəm daşıyır. Türkiyənin və Azərbaycanın bayraqlarını meydançada dalğalandırmağa söz vermişdim. Bu arzumu yerinə yetirdiyim üçün çox qürurlanıram. Sevinirəm ki, verdiyim sözə əməl edə bildim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm