Yeni nazir qadın oldu - FOTOLAR
Bizi izləyin

İdman

Yeni nazir qadın oldu - FOTOLAR

Yeni nazir qadın oldu- FOTOLAR

Rumıniyanın yeni gənclər və idman naziri qadın olub. Publika.Az xəbər verir ki, Viktor Pontanın başçılıq etdiyi koalisiya hökuməti veteran atlet Qabriela Szabonu bu posta təyin edib.

Yeni hökumətin tərkibində yer alan partiyalardan biri koalisiyanı tərk edib. Bu səbəbdən gənclər və idman naziri postu boş qalıb. Viktor Ponta isə bu posta olimpiya çempionunu təyin edib.

Karyerası ərzində 3 dəfə dünya çempionu olmuş və bir dəfə olimpiya "qızılı"nı qazanmış Szabo Rumıniya mətbuatına açıqlamasında böyük məsuliyyəti üzərinə götürdüyünü bildirib: "Ümid edirəm ki, göstərilən etimadı doğruldacam. Ölkə idmanında görməli olan çox iş var".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm