İdman
Klublarımızın Avroliqadakı oyunlarının vaxtı məlum oldu
Azərbaycan klublarının Avropa Liqasının I təsnifat
mərhələsində keçirəcəyi ilk oyunların başlama vaxtı
açıqlanıb.
Ölkəmiz üçün avrokuboklar mövsümünü “İnter” açacaq. İyulun 2-də
səfərdə oynayacaq paytaxt təmsilçisinin “Laçi” ilə Albaniyadakı
qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyun Laçi
şəhərinin eyniadlı stadionunda baş tutacaq.
Avropa Liqasındakı digər iki təmsilçimiz isə Bakı vaxtı ilə saat
21:00-da meydana çıxacaq.
“Neftçi” “Bakcell Arena”da Monteneqronun “Mladost” klubunu qəbul
edəcək. Tiflisdə Boris Payçadze adına “Dinamo Arena” “Qəbələ” yerli
“Dinamo” ilə qarşılaşacaq.
“İnter”in albaniyalılarla cavab oyununun da vaxtı dəqiqləşib.
İyulun 9-da “İnter Arena”da keçiriləcək görüş saat 21:00-da
başlayacaq.
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı