İKT
Azərbaycan 32 ölkə arasında birinci oldu
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzində (MHM) Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində dənizə çıxışı olmayan, inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Analitik Mərkəzin nümayəndələri ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə BMT-nin
araşdırmalarına əsasən, Azərbaycan dənizə çıxışı olmayan 32 ölkə
arasında İKT sahəsində 1-ci yerdə qərarlaşdığı bildirilib.
Beynəlxalq Analitik Mərkəzinin Monqolustandan olan nümayəndəsi
Sansar Sosarbaram qeyd edib ki, aparılan təhlillər nəticəsində
Azərbaycanda İKT sahəsində davamlı olaraq uğurlu layihələr həyata
keçirildiyi müəyyən olunub.
Görüş zamanı elektron hökumət, elektron imza, elektron
təhlükəsizlik və ümumiyyətlə, elektron quruculuq mövzusunda geniş
müzakirələr aparılıb.
Sonda gələcək planlar haqqında qonaqları maraqlandıran bir çox
suallar MHM-in mütəxəssisləri tərəfindən çavablandırılıb.
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO