Televiziya yenidən icad edildi - 4K nəsli
Bizi izləyin

İKT

Televiziya yenidən icad edildi - 4K nəsli

İstehsalçılar televiziya ilə izləyicini bir-birinə daha da yaxınlaşdırmağın yollarını axtarırlar.

Bəşəriyyət insan gözü üçün ekranın o tərəfindəki görüntünü reallaşdırmayınca sakitləşməyəcək. Günümüzə qədər təkmilləşərək gələn televiziya texnologiyanın inkişafı ilə bərabər özünün ən mükəmməl kontekstini təqdim etməyə davam edir.

4K yoxsa HD (Yüksək keyfiyyət)?

Əgər Full HD televiziya izləyicilərə görüntünü 1920 x 1080 dəqiqliyində təqdim edirsə və siz ELT monitorlu televizorlarda hər hansı bir filmi izləyirsinizsə hadisələrin ekran arxasında olduğunu hiss edəcəksiniz.

4K isə sizə HD görüntüdən 4 dəfə daha şəffaf və canlı təqdim edir. Filmləri 3840 x 2160 dəqiqliyində izləmək sizə ekranın o tərəfinə daxil olma şansı yaradacaq. Evdə izlədiyiniz filmlərin görüntü keyfiyyəti kinoteatrlarda izlənilən filmlərin keyfiyyət dərəcəsinə bərabər olacaq.

Bəs HDR nədir?

HDR (High Dynamic Range) ekranın təsvir dərəcəsini daha dəqiq və canlı etmək üçün aktivləşdirilən ikinci ən önəmli funksiyalardan biridir. Bu texnologiyanın sayəsində ekran insan gözünə daha incə rəng çalarlarını əks etdirir. Xüsusilə təsvirlərin canlılığını artıraraq solğun görüntünün qarşısını alır.

4G üçün xüsusi siqnal tələb olunurmu?

Texnologiyanın bazar üçün istifadəyə hazır olduğunu demək hələ tezdir. 4G görüntüdən istifadə etmək üçün xüsusi fayllar endirmək lazım deyil. 4K standart kontekstindən hazırda çox istifadə olunmasa da, onun bir neçə versiyası artıq mövcuddur.

Okko, Amazon və Netflix kimi onlayn kinoteatrlarda tədbiq olunan funksiyalar irəliləyən zamanlarda 4G standartları ilə əvəz olunacaq. Hər gün yutub sosial şəbəkəsində izlədiyimiz videolar artıq 4G standartlarına çoxdan keçib. Artıq video kliplər, film treylerlər 4K formatında təqdim olunur. Xüsusilə 4G formatında hazırlanan təbiət haqqında video çarxları izlədikdə, özünüzü ekranın o tərəfində hiss edəcəksiniz.

4K istehsalçıları oyun formatlarınında dəstəklədiyi kontekst hazırlayıblar. Bu yaxınlarda satışa çıxarılan Playstation 4 Pro oyun konsulu 4K formatının yüksək keyfiyyətli təsviri üzərində proqramlaşdırılmışdır.

5 il əvvəl CEA islehlak assosiasiyası tərəfindən 4G formatının istifadəsi üçün lazımı funksiyalar aktivləşdirildi. Artıq bir sıra elektronika mağazalarında 4K formatını dəstəkləyən televizorlar satışa çıxarılıb.

Məsələn, bu yaxınlarda Sony firması BRAVİA televizorlarının yeni seriyasını XE93, XE90, XE80 satışa buraxıb. 4G HDR X1 Extreme prosessoru ilə təchiz edilmiş son model televizorlar heç bir parametr dəyişikliyi olunmadan görüntünü tam şəffaf və canlı şəkildə təqdim edir. Görüntüdən əlavə səs effektlərini də daha dəqiq və keyfiyyətli edir.

İstehsalçılar televiziya ilə izləyicini bir-birinə daha da yaxınlaşdırmağın yollarını axtarırlar. Hazırda 4K texnologiyası bunun ən mükəmməl cavabı olaraq qiymətləndirilir. Lakin bu son deyil. Daha yüksək keyfiyyətli parametrlərə sahib texnologiyalar istehsal olunduqca bu kontekstdə olan proqramların da sayı artacaq.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm