İKT
5G şəbəkəsi genişlənir
"Juniper Research" analitik şirkətinin proqnozuna görə,
2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyarda
bərabər olacaq. Lakin qeyd edilir ki, 2019-cu ildə yeni mobil
texnologiyanın kommersiya istifadəsi üzrə birinci ildə 5G
şəbəkələrinə qoşulmaların sayı təxminən 1 milyon təşkil
edəcək.
Publika.az ICTnews-a istinadən bildirir ki, proqnoza görə, Çin, ABŞ
və Yaponiya 5G şəbəkələrinə qoşulmaların sayı üzrə lider dövlətlər
olacaqlar. 2025-ci ilə 5G şəbəkələrinə qoşulmaların ümumi sayının
55%-i bu üç ölkənin payına düşəcək.
Analitiklər yeni simsiz texnologiyanın rabitənin keyfiyyətinə görə
fiber optik xətlə rəqabət aparması üçün mobil operatorlara real iş
şəraitində 5G şəbəkələrini genişmiqyaslı sınaqdan keçirməyi
məsləhət görürlər.
"Maksimum sürəti və qoşulmanın etibarlılığını təmin edəcək
şirkətlərin şəbəkələri "ARPC" (bir qoşulmadan götürülən orta gəlir)
üzrə ən yüksək göstəricilərə nail ola biləcək ki, bu da
operatorlara "5G" texnologiyasına yatırılmış investisiyalarını geri
qaytarmağa imkan verəcək" - hesabatın müəllifi Sem Beyker
deyib.
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO