İKT
Uşaqlar üçün 3D-printer hazırlandı
“Toybox” adlı 3D-printer vasitəsilə uşaqlar oyuncaqlarını sərbəst şəkildə çap edəcəklər. “Indiegogo” platformasında satışa çıxarılmış 3D-printerdən istifadə olduqca sadədir.
Publika.az futurist.ru saytına istinadla xəbər verir ki, “Toybox” zəhərsiz bioparçalanan plastik kütlənin 1,75 mm diametrə malik olan sapı ilə çap edir. Android və iOS üçün hazırlanmış proqramda oyuncaq, bəzək əşyaları və digər predmetlərin 500-dən çox modeli əlçatandır.
Kataloqa müntəzəm olaraq yeni layihələr əlavə edilir. Həmçinin öz modelinin yaradılması və digər mənbələrdən hazır 3D-modellərin yüklənməsi mümkündür. Qurğu beş yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Lakin qoruyucu ekranlar olmadığından uşaqları çap prosesi zamanı qurğunun yanına tək buraxmaq olmaz.
Yeni 3D-printeri 2018-ci ilin yanvarında 250 dollara əldə etmək mümkün olacaq.
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO