• USD 1,7000 0,00% EUR 2,0661 -0,17%
    • GBP 2,3748 -1,35% RUB 0,0229 -0,87%

Uçan motosiklet nümayiş olundu - YENİLİK - VİDEO

  • İKT
  • 14 Oktyabr 2017 03:40
  • 1 755 Baxış
Uçan motosiklet nümayiş olundu - YENİLİK - VİDEO

Ruasiyanın "HoverSurf " şirkəti ilə Dubay polis təşkilatının birgə layihəsi olan uçan motosiklet nümayiş olunub.

Publika.az xəbər verir ki, patrul xidməti üçün nəzərdə tutulan uçan elektromotosiklet nəqliyyat vasitəsi Dubayda keçirilən "Gitex 2017" sərgisində təqdim edilib.

Bir və ya iki sərnişin üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin daşıya biləcəyi ümumi çəki 300 kiloqrama qədərdir. Distansiya idarəsində hazırlanan uçan motosiklet yerdən 5 metr yüksəkliyə qədər qalxa bilir. Nəqliyyat vasitəsi 70km/saat sürətlə havada 6 kilometrə yaxın məsafəni qət edir.

Bundan başqa motosiklet yerdə normal nəqliyyat vasitələri kimi saatda 200 kilometr məsafə qət edə bilir. Eyni zamanda enerji ilə tam dolmuş motosiklet 8 saata qədər işlək vəziyyətdə qala bilir.

Dubay polisi tərəfindən istifadəyə veriləcək uçan motosiklet dünya mediasının diqqətini çəkib

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR