İKT
Azercell-dən Yeni konsepsiya – Tam xidmət indi Xırdalanda!
Abunəçilərinə hər zaman olduğu kimi yüksək keyfiyyətli xidmət
göstərmək məqsədilə Azercell 13 noyabr tarixində Xırdalan şəhərində
yeni konsepsiyaya uyğun Eksklüziv mağazasını istifadəyə verib.
Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, 54 ünvanında yerləşən bu
mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic
konsepsiyasına uyğun olaraq təşkil olunub. Mağazanın xüsusi
özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim
imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi
məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün
seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə
müştərilərə peşəkar satıcılar dəstək olurlar. Bu mağazada da
“izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər
müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar
icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən
müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil
telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd etmək
lazımdır ki, Xırdalan Azercell Eksklüziv mağazası paytaxtdan
kənarda, bölgələrdə açılan ilk yeni konsepsiyalı mağazadır.
Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə
olaraq daha bir endirimli kampaniyasını təqdim etdi. Belə ki,
açılış günündən etibarən 3 gün müddətində Xırdalan Azercell
Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri
məbləğin düz 50% dəyərində hədiyyə əldə edə biləcəklər.
Azercell Telekom gələcəkdə yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirməyi və bununla da abunəçilərə daha rahat və faydalı xidmət göstərməyi nəzərdə tutur.
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var