İKT
Feysbuk intihar etmək istəyənləri tapacaq - MÜBAHİSƏLİ YENİLİK
Feysbuk şirkəti süni intellektin xidmətlərindən istifadə edəcək.
Publika.az xəbər verir ki, şirkət proqramadakı paylaşımların süni intellekt vasitəsilə intihar riski daşıyıb-daşımadığını yoxlayacaq.
Yeni süni intellekt texnologiyası intihar düşüncəsi daşıyıb-daşımadığını anlamaq üçün bütün paylaşımları analiz edəcək və lazım gəldiyində risk altında olan istifadəçilərə dəstək göndərilməsini təmin edəcək.
Hazırda ABŞ-da sınaqdan keçirilən yeni metod fərqli məqsədlərə xidmət edə biləcəyi üçün böyük mübahisə yaradıb. Çünki şirkətin istifadəçilərinin şəxsi məlumatlarını gizləmək mövzusunda böyük probelmləri və çatışmazlıqları var.
“VikiLiks” haker saytının qurucusu Yuliyan Assanj tvitter hesabında feysbukun yeniliyi ilə bağlı paylaşım edib. O, “Feysbuk ilk süni intellekt dəstəkli düşüncə cinayəti modulunu dövriyyəyə buraxır” yazıb.
Tətbiqin Ümumi Məlumat Qorunması İdarəçiliyi səbəbilə Avropa İttifaqına daxil olan ölkələrdə istifadə edilməyəcəyi, ancaq digər bütün ölkələrdə tətbiq ediləcəyi bildirilib.
Yeni xüsusiyyət istifadəçilər tərəfindən ləğv edilə bilinməyəcək. Şirkətin qurucusu Mark Zukerberq isə süni intellektin gələcəkdə həssas dil nüanslarını anlaya və intiharlar xaricində, şiddət, nifrət kimi fərqli mövzuları ayırd edə biləcəyini deyib.
Zümrüd
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə5 Oktyabr 23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin25 Oktyabr 21:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin15 Oktyabr 20:36
Aynur Dadaşova tanınmaz halda - FOTO
-
İKT5 Oktyabr 19:48
Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ - TARİX AÇIQLANDI