İKT
Erməni, gürcü və farslar bölgələrimizi necə "ələ keçirir"? - RƏSMİ REAKSİYA
Bu gün respublikanın bir sıra bölgələrində xarici radioları dinləmək daha rahatdır, nəinki Azərbaycan kanallarını. Məsələn, Astara, Lənkəranda İran kanalları, Ermənistana yaxın ərazilərdə erməni kanalları, Gürcüstanla sərhəd olan rayonlarımızda gürcü kanalları daha yaxşı tutur.
Bu məsələ zaman-zaman gündəmə gəlir. Bu günlərdə jurnalist Azər Həsrət Xaçmazın Dədəli kəndində İranın bütün radiolarını rahatca dinləmək mümkün olduğu, eyni zamanda Rusiyanın bir sıra radio kanalları, hətta FM dalğasında əlçatanlığı, habelə ərəb dilində radiokanalları dinləməyin rahat olması məsələsini gündəmə gətirib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin bu problemin yaranma səbəbi və görülən işlər barədə Publika.az-ın sorğusuna cavab verib:
Məlumatda bildirilir ki, FM yayımlar Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq radioyayım vericiləri vasitəsilə təmin edilir:
“FM diapazonundakı proqramların relyefdən asılı olaraq qonşu ölkələrin müəyyən ərazilərində yayımı normal qəbul olunur. Digər ölkələrin FM radio proqramları ölkəmizdə qəbul olunduğu kimi, müvafiq olaraq, Azərbaycan Respublikası ərazisindən yayımlanan FM diapazonundakı radio proqramlar da qonşu ölkələrin ərazisində qəbul edilir. Buna görə də sərhəd bölgələrində və mərkəzdən uzaq ərazilərdə FM diapazonunda yayımlanan xarici radioları rahatlıqla dinləmək mümkündür”.
Məlumatda bildirilib ki, bu kimi hallar Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyəsinə əsasən tənzimlənir:
“Müvafiq sərhədyanı ölkələr arasında koordinasiya protokolları imzalanır ki, sərhədyanı ərazidə yerləşən yayımlar bir-birinə interferensiya təsiri göstərməsin. Digər diapazonlar kimi, FM radio və televiziya yayım diapazonu da Dövlət Radiotezliklər İdarəsinin efirə radionəzarət məntəqələri tərəfindən daim nəzarətdə saxlanılır. Bu barədə məlumatlar mütəmadi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və “Teleradio” İctimai Birliyinə təqdim edilir. Ölkəmizə qarşı əks-təbliğat xarakterli radio proqramları aşkar edildikdə onlara qarşı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin göstərişinə uyğun olaraq “Teleradio” İctimai Birliyi tərəfindən müəyyən texniki tədbirlər görülür”.
Nazirliyin məlumatında o da bildirilib ki, son aylarda Dövlət Radiotezliklər İdarəsinə bu barədə heç bir müraciət daxil olmayıb.
Gülxar
-
Avropa08:10
Şoltsun çıxışı gülüşə səbəb oldu - VİDEO
-
Avropa07:15
Borrelldən Qərbə Rusiya ilə bağlı ÇAĞIRIŞ
-
Magazin203:35
Qorbaçovu, Stalini və Çörçili canlandıran aktyor vəfat etdi
-
İdman02:43
Onu axmaq yerinə qoydular: Deşam Mbappedən qisas alır?
-
Magazin102:19
Aygün Bəylərin abidəsi ucaldıldı - FOTO
-
Qoroskop00:16
Günün qoroskopu: axşam saatlarını evdə keçirməyin!
-
ABŞ13 Noyabr 22:56
Melaniya Tramp Ağ Evdə yaşamaq istəmir - SƏBƏB
-
Hadisə13 Noyabr 22:32
Bakıda 63 yaşlı məhkəmə hakimi futbol oynayarkən öldü - FOTO