Polisə dəstək üçün "ağıllı" CİHAZ
Bizi izləyin

İKT

Polisə dəstək üçün "ağıllı" CİHAZ

Böyük Britaniyada polisin çağrı xidmətinin səlahiyyətlərini yüngülləşdirmək məqsədilə yeni kolonkalardan istifadə ediləcək.

Publika.az xəbər verir ki, Böyük Britaniyanın Lankşir qraflığının Polis İdarəsi “Amazon" şirkəti tərəfindən istehsal edilən "Amazon Echo” kolonkalarından itkin düşən və axtarışda olan cinayətkarların qarşısını almaq və əhalini məlumatlandırmaq üçün istifadə edəcək.

Bundan başqa kolonkalar vasitəsilə faydalı olacaq bir sıra təhlükəsizlik qaydaları mütəmadi olaraq əhalinin diqqətinə çatdırılacaq. "Ağıllı” kolonka polis əməkdaşlarına kriminal aktivlik barədə informasiya verərək baş verən hadisələr haqda operativ məlumatlar təqdim edəcək.

Lankşir qraflığının Polis İdarəsinin nümayəndəsi Rob Flanaqan bildirib ki, əsas məqsəd “Çağrı” mərkəzlərinin yükünü azaltmaqdır:

"Yeni texnologiyalar vasitəsilə vətəndaşları lazımi informasiya ilə təmin edərək polisə zəng etmək zərurətini aradan qaldırmaq mümkün olsa, bu, böyük uğur olacaq. Lakin eksperiment uğurlu olarsa və geniş şəkildə istifadə edilərsə, biz məxfilik məsələləri üzərində də çalışmalı olacağıq. Məsələ ondadır ki, cinayət şahidləri polisi baş verən qanun pozuntularından xəbərdar etdiyi zaman, "Ağıllı" kolonka səs təsbiti sayəsində həmin şəxsin kimliyini aşkarlayır. Anonimlik qorunmadığı üçün insanlar bu qurğudan istifadə edərkən ehtiyat edəcəklər. Həm bu, həmdə bazaya ötürülən məlumatların haker hücumlarından qorunması üçün texniki təkmilləşdirməyə ehtiyac var".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm