İKT
"İnstaqram"da YENİ FUNKSİYA - Hesabınıza baxanları görə biləcəksiniz
“Instaqram” sosial şəbəkəsi istifadəçilərin səhifələrini gizli şəkildə izləyən "heyranları" məyus edəcək yeni funksiyasını istifadəyə verib. Artıq izləyiciniz olmayan istifadəçilərin sizin hesabınıza baxıb-baxmadığını öyrənə biləcəksiz.
Publika.az xəbər verir ki, bu funksiya istifadəçilər tərəfindən maraqla qarşılanıb. Yenilik tam olaraq ondan ibarətdir ki, instaqramda qısa müddətli “Tarixçə” müəllifinə dərhal bildirişin skrinşot edilməsi ilə bağlı hesabat bildirişi göndərəcək. Bundan başqa, “Instaqram” konkret olaraq həmin şəxslərin adlarını sizə bildirəcək.
Sözügedən funksiya ikitərəfli işləyəcək. Eyni zamanda, əks istiqamətdə də bildirişə baxanlara “tarixçə” sahibinin onların hərəkətləri barədə məlumatlı olduğu barədə xəbərdarlıq edəcək.
"İnstaqram" rəhbərliyi bu funksiyanın tam olaraq hansı məqsədlə
tətbiq edildiyinə dair heç bir açıqlama vermir. Bildiyiniz kimi,
şəbəkə istifadəçilərinin qoyduğu “Tarixçə” müvəqqəti hesab edilir
və 24 saat aktiv olduqdan sonra yoxa çıxır.
Lakin artıq proqram istifadəçiləri bu yeniliyin də qarşısını ala
biləcək üsul kəşf ediblər. Belə ki, mühafizədən yan keçmək üçün
onlar “Tarixçə”ni açaraq smartfonu “təyyarə” rejiminə qoyub,
skrinşot edirlər. İnternet şəbəkə aktiv olmadığı üçün “Instaqram”
istifadəçilərinə xəbərdarlıq edə bilmir.
İzləyicilər bu funksiyanı uğursuz və primitiv olduğunu deyiblər.
Könül Cəfərli
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO