İKT
Sumqayıt abunəçiləri üçün yeni "Azercell Eksklüziv"
Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni konsepsiyaya uyğun mağazalarının sayını paytaxt və regionlar boyu artırmaqda davam edir.
Belə ki, Azercell 12 mart tarixində Sumqayıtda yeni konsepsiyaya
uyğun Eksklüziv mağazasının açılışını edib. Sumqayıt şəhəri, 11-ci
m/r, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində yerləşən
bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic
konsepsiyasına uyğun olaraq təşkil olunub. Mağazanın xüsusi
özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim
imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi
məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün
seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə
müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da “izahlı
qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri
xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra
olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən
müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil
telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki,
Sumqayıtda fəaliyyət göstərəcək bu mağaza da həftənin bütün günləri
fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər
abunəçilərin ixtiyarına verilir.
Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə
olaraq daha bir endirimli kampaniyasını təqdim etdi. Belə ki,
açılış günündə Sumqayıt Azercell Eksklüziv mağazasından alış-veriş
edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə
əldə edə biləcəklər.
Azercell Telekom yaxın il ərzində yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək.
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO