İKT
3D printerlə avtomobil - YENİLİK
3D (üçölçülü) printerlər dünyanı ələ almaqda davam edir.
Publika.az xəbər veri ki, Almaniyanın “Siemens”
şirkətinin mütəxəssisləri ilə Kaliforniyanın “Hacrod” şirkətinin
ekspertlərinin birgə layihəsi əsasında “La Bandita” adlanan axarlı
kuzov formasına malik avtomobil üçölçülü printer vasitəsilə çap
edilib.
Layihə rəhbərlərinin sözlərinə görə, avtomobilin hazırlanmasında ən
müasir texnologiyalardan istifadə olunub. Avtomobilin axarlı kuzovu
virtual reallıqda layihələndirib, bütün hesablamalar və ilkin test
sınaqları isə süni intellekt köməyi ilə gerçəkləşdirilib:
"Hər kəsin arzu etdiyi metal və alüminiumdan hazırlanan avtomobil
gələcəkdə müstəqil şəkildə hazırlanacaq avtomobillərə doğru atılan
ilk addımdır. “La Bandita” idman üslubunda hazırlanan avtomobildir.
Burada “3D” çap sistemi istehsal xətlərində standart yığımla
müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, avtomobilin
istənilən detalına eləcə də müxtəlif korpus elementlərinə sadə
şəkildə düzəlişlər etmək olur. Bunun üçün avtomobilin kompyuterin
yaddaşında olan nüsxəsinə düzəliş edib yenidən çapa ötürmək
kifayətdir".
“Hackrod” və “Siemens” şirkətləri gələcəkdə birgə fəaliyyət əsasında sifarişçilərin istəklərinə uyğun müxtəlif avtomobillərin istehsalını planlaşdırırlar.
Könül Cəfərli
-
Magazin120:00
Nicat dayısı Yaşar ilə eyni səhnədə... - VİDEO
-
Nida Xəbər 19:00
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE
-
Dünya17:15
İsraildə avtovağzalda terror aktı: 1 ölü, 11 yaralı
-
MDB16:40
Putin ad gününü necə keçirəcək?
-
Nida Xəbər 15:21
Mais Bərxudarov vəzifəsindən azad edildi
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi