İKT
"Azercell" “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı oldu (R) - - FOTO
Şirkət prezidenti Vahid Mürsəliyev başda olmaqla
100-dən artıq Azercell-li marafonda yürüş etdi
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azercell Telekom-un
eksklüziv tərəfdaşlığı ilə ölkəmizdə sağlam həyat tərzinin təbliği
və idmanın inkişafına yönəlik “Bakı Marafonu-2018” yarışı uğurla
baş tutdu. 18 minədək insanı öz ətrafına toplamış və “Küləyə qalib
gəl” şüarı altında keçirilən “Bakı Marafonu- 2018” mayın 13-də
Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna
qədər 21 kilometrlik məsafəni əhatə etdi. Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə
keçirilən bu yarışa Azərbaycan vətəndaşları ilə yanaşı xarici
vətəndaşlar da qatıldı.
Yarışının mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda baş tutdu. Belə ki, kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko birinci, iranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü yerə sahib çıxdı. Qadınların arasında isə Türkiyə vətəndaşı Çelik Fadimə birinci, ukraynalı Valentina Poltavska ikinci, Rusiyadan olan Anastasiya Petrova isə üçüncü yeri qazandı.
Marafonun əsas tərəfdaşı olan Azercell şirkətinin bənövşəyi rəngli köynəklərində yarışanlar arasında finişə çatan ilk üç nəfər- Namiq Əsədov, Samir Paşayev və Tural Sadıxlı da dəyərli hədiyyələrlə şirkət tərəfindən mükafatlandırıldılar.
“Bakı Marafonu -2018” tədbirinin keçirildiyi bütün ərazilərdə mükəmməl rabitənin təmin edilməsi məqsədilə Azercell Telekom şəbəkə tutumunu əlavə qurğular vasitəsilə daha da gücləndirmişdi.
Qeyd edək ki, Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev başda olmaqla 40-a yaxın Azercell əməkdaşı və 60-dan yuxarı Azercell-in korporativ müştərisi də yarışa qatılmışdı.
Xatırladaq ki, Azercelkl Telekom 2017-ci ilin sentyabr ayında Gəncə şəhərində keçirilmiş marafonun da əsas tərəfdaşı qismində çıxış etmişdi.
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO