İKT
"Azercell"-də təcrübə keçəcək tələbələrin adları açıqlandı
“Azercell Telekom” MMC-nin 2018-ci il üçün elan etdiyi Yay Tələbə Təcrübə proqramının qalibləri bəlli olub.
Respublikamızın ali məktəblərində müxtəlif ixtisaslar üzrə və Təhsil Nazirliyi SABAH Qruplarında təhsil alan 20 tələbə bu yay Azercell şirkətinin təcrübə proqramında iştirak etmək imkanı əldə edib. Qalib tələbələrin iştirakı ilə baş tutan “Azercell-də ilk gün” adlı tədbirdə təcrübə proqramı və şirkətin fəaliyyəti haqqında məlumat verilib. Sentyabr ayının 1-nə qədər davam edəcək Azercell Yay Təcrübə proqramı ali məktəblərin sonuncu kurs tələbələrinə əldə etdikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək, telekommunikasiya sahəsində müəyyən təcrübə əldə etmək, maraqlı və məsuliyyətli layihələrdə iştirak etmək və gələcək karyeralarını qurmaq imkanı yaradır. Məlumat üçün bildirək ki, təcrübə proqramının ilk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiliblər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində dəyərləndirilib. Son seçim turu isə Azercell nümayəndələri ilə üz-üzə keçirilən müsahibələrdən ibarət olub.
Qeyd edək ki, 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 16 nəfər SABAH qrupu tələbələri olmaqla 156 tələbə Azercell-in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 20-si isə şirkətdə işlə təmin olunub. Onu da bildirək ki, Azercell Telekom yüksək akademik nəticələrə nail olan ali məktəb tələbələrinə xüsusi diqqət və dəstək göstərmək, güclü potensiala malik tələbələrə təhsil aldıqları ixtisas üzrə mütəxəssis kimi yetişməkdə kömək etmək məqsədilə Qış Təcrübə, Təqaüd və Bölgə Proqramlarını həyata keçirir.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"