“Bakcell” rabitə kəsintiləri ilə bağlı bütün lazimi tədbirlər görəcək
Bizi izləyin

İKT

“Bakcell” rabitə kəsintiləri ilə bağlı bütün lazimi tədbirlər görəcək

Azərbaycan ərazisində elektrik enerjisinin təchizatında yaranmış problem ilə əlaqədar olaraq ölkənin bir neçə bölgəsində yerləşən mobil baza stansiyalarin elektrik təchizatında fasilələr yaranıb.

“Bakcell” şirkətindən Publika.az-a verilən məlumata görə, dayanıqlı mobil rabitə xidmətlərin bərpa edilməsi istiqamətində bir sıra tədbirlər görülüb və xidmətlərin kəsintisiz göstərilməsi təmin edilib: "Buna baxmayaraq, ölkə ərazisində elektrik enerjisinin verilməsi tam bərpa olunana kimi mobil rabitə xidmətlərinin göstərilməsində fasilələr yarana bilər. “Bakcell” baş verə biləcək rabitə kəsintilərin tez bir zamanda aradan qaldırılması üçün bütün lazimi tədbirlər görəcək".

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm