İKT
Dünyanın ən populyar brauzerləri - SİYAHI
Dünyada internet istifadəçiləri arasında ən çox istifadə edilən brauzerin adı açıqlanıb.
Publika.az xəbər verir ki, “Google” şirkətinə
məxsus “Chrome” dünyanın ən populyar mobil internet brauzeri
seçilib. Ekspertlərin məlumatına görə, mobil qurğu sahiblərinin 55
faizi “Chrome” brauzerindən istifadə edir.
Mobil brauzerlər reytinqində ikinci yeri “Apple” şirkətinin
brauzeri olan “Safari” tutub. Brauzerdən internet istifadəçilərinin
təxminən 17 faizi faydalanır. Mütəxəssislər qeyd edir ki, bu fakt
“Apple” mobil qurğularının populyarlığını sübut edir.
İlk beşlikdə həmçinin, “UC Browser”, “Samsung Internet” və “Opera”
istifadəçiləri də var.
Qiymətləndirməyə görə, fərdi kompüter brauzerləri arasında lider
mövcud olduğu 10 il ərzində kompüterlərin təqribən 67 faizində
quraşdırılan “Google Chrome” olaraq qalır.
Fərdi kompüterlərin reytinqində isə ikinci yeri 11,5 faizlə
“Mozilla Firefox” tutur.
Bazar payı 7 faizə bərabər “Internet Explorer” ən populyar üçüncü fərdi kompüter brauzeridir. İlk beşlikdə həmçinin, “Safari” və “Microsoft Edge” brauzerləri yer alıb.
Könül
-
İdman11:12
Lalə Maldivdən elə FOTOLAR paylaşdı ki...
-
Elm və təhsil10:45
Nazir onlara yüksək vəzifə verdi - FOTO
-
Region10:18
Paşinyandan etiraf: Nə qədər müstəqil, təhlükəsiz olacağımız bundan asılıdır
-
MDB10:12
Ukraynada demoqrafik problem: bu türk dövlətlərinin vətəndaşlarını dəvət edəcəklər
-
MDB09:42
Prezident işarə verdi: Satqın ermənini biz öldürmüşük
-
Avropa09:24
Bu Avropa ölkəsində məktəbdə qətliam: 10 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO
-
Dünya09:00
Güclü zəlzələ daha bir ölkəni YERİNDƏN OYNATDI
-
İdman06:46
“Barselona”nın ulduzu həyat yoldaşına sürpriz etdi - FOTO