Sosial
Bakıda bu mənzillər ucuzlaşdı
Bakıda mənzil bazarında aktivlik zəifdir. Sevindirici xəbər isə ondan ibarətdir ki, mənzillərin qiyməti yanvar ayında cüzi də olsa ucuzlaşıb.
Publika.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, hazırda bazarda stabillik hökm sürür:
“Qiymətlərin artması ilə bağlı ortalığa çıxan məlumatlar daha çox spekulativ xarakterlidir. Hətta bəzi ərazilərdə bahalı mənzillərin qiymətində nisbi ucuzlaşma müşahidə olunub”.
Mütəxəssis vurğulayıb ki, mənzillərin ucuzlaşması bazarda əməliyyatların və müraciətlərin azalması, tələbin isə aşağı düşməsi ilə bağlıdır:
“Ucuzlaşma əsasən bahalı mənzillərdə baş verib, ancaq bu ucuzlaşma orta qiymətə də olan mənzillərə təsir göstərir”.
Ekspertin fikrincə, orta müddətdə qiymət artımı gözlənilmir:
“Ehtimallar həmişə var, amma ehtimallarla fakt ayrı məsələlərdir. Risklər həmişə var, amma bu, baş verən proseslərdən asılı olur. Bəzən iqtisadi amillər bazara o qədər də təsir etmir”.
-
İqtisadi gündəm14:32
Bu şəxslərə 15 min manat veriləcək - RƏSMİ
-
Kriminal14:14
Goranboyda biabırçılıq: İşləməyə gələn 21 yaşlı qızın başına oyun açdılar - ŞOK TƏFƏRRÜAT
-
ABŞ13:34
Trampın qızı idman zalından açıq-saçıq geyimdə FOTO paylaşdı - Yazdı ki...
-
Sağlamlıq12:46
İnsanlar üçün QORXULU GÜN: Fevralın 8-də...
-
Sosial10:54
Əcnəbilər rayonlara niyə getmir?
-
Magazin210:24
Seda Sayan cinayət başında yaxalandı: axtarış zamanı görün nələr tapılıb
-
Nida Xəbər 09:54
DİN və DSX-dən birgə əməliyyat: iranlı balıqçılar saxlanıldı - VİDEO
-
Dünya09:12
Alimlər dəhşətli təhlükə ilə bağlı xəbərdarlıq etdilər: Çox tez baş verdi