Dünya
Tramp fələstinlilərin adından danışdı: Dəstəkləyəcəklər

ABŞ prezidenti Donald Tramp inanır ki, fələstinlilər onun Qəzza zolağına nəzarəti ələ keçirmək ideyasını “tezliklə dəstəkləyəcəklər”.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" qəzeti yazır.
“Cənab Tramp çıxışında fələstinlilərin onun ideyasını tez bir zamanda dəstəkləyəcəyini vurğulayıb”, - nəşr yazır.
Amerika prezidenti, həmçinin təklif edib ki, region ölkələri qəzzalıların yeni yerlərə köçürülməsini maliyyələşdirə bilər.
Qeyd edək ki, fevralın 5-də Tramp fələstinliləri oradan qonşu ölkələrə köçürdükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırdığını açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Tramp, ABŞ-ın regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını vəd edib. Trampın planları ərəb liderləri və HƏMAS-ın qınağına səbəb olub. Netanyahu, ABŞ prezidentini dəstəkləyərək, "qutudan kənarda düşündüyünü və yeni fikirlər təklif etdiyini" söyləyib.
Adəm Abbaslı

-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR
-
Rəsmi xronika12:04
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
-
Dünya11:37
Rusiya-ABŞ danışıqlarında mövzulardan biri məlum oldu: Çox güman ki, Putin...
-
İdman10:30
AFFA klublara ayrılan vəsaiti kəsir: Görün hara yönəldiləcək