"İnstaqram"a yeni direktor gəldi - QAYDALAR DƏYİŞDİ
Bizi izləyin

İKT

"İnstaqram"a yeni direktor gəldi - QAYDALAR DƏYİŞDİ

İnstaqram sosial şəbəkəsində yeni baş direktor təyinatı olub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sosial şəbəkənin qurucuları Kevin Sistr və Mayk Kriqerin bəyanatına görə, yeni baş direktor Adam Mosseri təyin edilib. Bundan sonra o, İnstaqramda (“Instagram”) bütün bölmələr üzrə yeni idarəçilik qaydalarını tənzimləyəcək.

Xatırladaq ki, Adam Mosseri 2008-ci ildə Feysbuk sosial şəbəkəsində dizayn bölməsində fəaliyyət göstərib.

Yeni təyinatın səbəbi isə İnstaqram təsisçilərinin ötən həftə rəhbərlik postundan istefa verəcəklərinə dair açıqlamaları olub.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm