35 yaşlı kişi holoqramla evləndi
Bizi izləyin

İKT

35 yaşlı kişi holoqramla evləndi

Yaponiyada yaşayan 35 yaşlı Akihiko Kondo 16 yaşında müğənni olan holoqram (lazer şüalarının müsbət qarışığından ibarət olan üç ölçülü yazıdır. Orijinal cismin üç ölçülü gerçək qeydi, qısaca üç ölçülü lazer fotoşəklidir) Hatsune Miku ilə evləndi.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tokioda təşkil edilən evlilik mərasiminə 17600 dolla pul xərcləyib.

Lakin başda anası olmaqla Kondonun heç bir yaxını mərasimə qatılmayıb. Bir oyuncaq uşaq formunda mərasimə qatılan “gəlin” Miku ilə Kondonun toyunda 40 qonaq iştirak edib.

Holoqramla evlənmək Kondoya 2800 dollara başa gəlib. Hazırda kompüterdə yaşayan Miku ilə Kondo mart ayından bəri birlikdədir.

“Onu heç zaman aldatmadım, hər zaman sənə aşiq olacam, Miku.Hər gün onu düşünürəm”-, deyən Kondo Miku ilə evliliyindən sonra sakit bir həyat sürdüyünü bildirib. Hologram həyat yoldaşının onu hər gün oyatdığını və məktəbə yola saldığını deyib.

Hər axşam isə işdən evə qayıdanda Kondo gəldiyini mobil telefonu ilə Mikuya xəbər verir. Bundan sonra Miku evin işıqlarını yandırır. O həmçinin Kondonun nə zaman yatmalı olduğunu xəbər verir. Kondo gecələr Mikunun barmağında üzük olan oyuncaq forması ilə yatır.

Hologram istehsalçısı Gatebox şirkəti ona evlilik sertifikatı verib. Şirkətdən verilən məlumata görə bu vaxta qədər bu formada 3700 evlilik sertifikatı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm