"Azercell"in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib
Bizi izləyin

İKT

"Azercell"in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib

Kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı məqsədlərini daşıyan IV Buktreyler Festivalının qala gecəsi keçirilib.

Hər zaman yenilikçi təşəbbüsləri dəstəkləyən Azercell şirkəti festivalın əsas tərəfdaşı qismində çıxış edib. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, təsisçisi və direktoru isə kinoaktyor Ruslan Sabirlidir. Qeyd edək ki, qalib buktreylerlər tanınmış incəsənət xadimlərinin daxil olduğu münsiflər heyəti tərəfindən dəyərləndirilmə əsasında seçilib.

Tədbirdə çıxış edən “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya rəqəmsallaşan dünyada kitabın ömrünün uzadılması, intellektual mədəniyyətin təbliği, mütaliənin, kitaba sevginin aşılanması kimi mühüm məqamların şirkət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, bu tip təşəbbüslərin dəstəklənməsinin zəruri olmasını qeyd edib.

Qeyd edək ki, Elxan Elatlının “On dördüncü adam” romanına Sadiq Fərzəlibəylinin çəkdiyi buktreyler Azercell şirkəti tərəfindən “Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə qalib seçilib və 1.000 AZN ilə mükafatlandırılıb. Qalib seçilən buktreyler və mükafatlar barədə ətraflı məlumatı https://www.booktrailer.az/ rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Vurğulamaq istərdik ki, Azercell mütaliə mədəniyyətinin inkişafına, ədəbi irsimizin təbliğinə öz töhfəsini vermək üçün 2015-ci ildə Bookmate xidmətini abunəçilərin istifadəsinə təqdim edib. 850000-dən artıq kitabı özündə cəmləyən bu zəngin kitabxana mütaliəsevərlər arasında böyük rəğbətlə qarşılanıb. 2018-ci ildə isə Azercell tərəfindən Bookmate tətbiqi çərçivəsində kitabları səsli formatda dinləmək imkanı verən Audio kitab xidməti istifadəyə verilib. İlkin olaraq, klassik ədəbiyyat incilərimizin doğma dilimizdə səsləndirilərək, yer aldığı bu xidmətə gələcəkdə müsair ədəbiyyat nümunələrimiz də əlavə olunacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm