İKT
40 mindən çox insanı aldadıb pullarını mənimsədilər
İnternetdə 40 min nəfəri aldadan kiber cinayətkar qrupun lideri Gürcüstanda tutulub.
Publika.az xəbər verir ki, Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumatda qrupun istifadə etdiyi proqram vasitəsilə 100 milyon dollar ələ keçirdiyi bildirilir.
Açıqlamada bildirilir ki, qrupa qarşı araşdırma üçün son iki ildir Gürcüstan, Almaniya, ABŞ, Ukrayna və Moldova birlikdə işləyir.
Gürcüstanda qrupun kod adı “None” olan lideri A.K. və kod adı “Phantom” olan köməkçisi M.K. ələ keçirilib. Onlar Tiflis şəhər məhkəməsinin qərarı ilə həbs ediliblər.
Qrupun 40 min kompüterə “GozNym” adlı proqramla kiber hücum təşkil etdiyi bildirilir. Hücuma məruz qalanlar arasında hüquq firmaları, beynəlxalq şirkətlər və qurumlar var. Təşkilatın 5 üzvünün hələ də axtarışda olduğu bildirilir.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO