İKT
Ölkənin ən arzuolunan iş məkanında 1 gün
Azercell-in təşəbbüsü ilə keçirilən tədbirdə iştirakçılar şirkətin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıb
Fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan Azərbaycanın telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC 28 iyun tarixində ilk dəfə olaraq “Azercell-də 1 gün” adlı tədbir təşkil etdi. Bununla da, Azercell tədbirə qatılan qonaqlara şirkətin iş mühiti ilə yaxından tanış olmaq və İT sahəsinin aparıcı ekspertləri ilə məlumat mübadiləsində iştirak etmək üçün əvəzolunmaz fürsət yaratdı. Azercell-in İT və Big Data departamentlərinin mütəxəssisləri “Data Engineering and Machine Learning” kimi dövrün ən aktual mövzularına toxunaraq, öncədən müraciət əsasında seçilən 40-dək qonaq ilə öz zəngin təcrübələrini bölüşdülər və telekom sahəsinin ən son trendləri haqqında geniş məlumat təqdim etdilər. Tədbirdə iştirak edən müxtəlif şirkət əməkdaşları və ali təhsil müəssisələrinin tələbələri rəqəmsal dünyanın yenilikəri ilə tanış olmaq imkanından da yararlandılar.
Azercell Telekom bundan sonra da müasir gənclərin öz potensial imkanlarını reallaşdırması və peşəkar maraqlarının üzə çıxarılması məqsədilə müxtəlif təşəbbüs və layihələri həyata keçirməyə davam edəcək.
Şirkətin İnsan Qaynaqları Departamentinin təqdim etdiyi ən son yenilikləri “Azercell Recruitment Team” LinkedIn səhifəsindən izləyin!
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO