İKT
“Nar” rabitə sahəsində xüsusi fərqlənən tələbələri mükafatlandırdı
Gənclərin maariflənməsinə və intellektual inkişafına dəstək məqsədilə “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti layihəsini həyata keçirib. Mobil operator Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələrini baş ofisinə dəvət edərək, onları xüsusi hədiyyələrlə mükafatlandırıb. Qeyd edək ki, “Nar” ənənəvi olaraq hər tədris semestrinin sonunda Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərən tələbələrilə görüşərək, onları təbrik edir.
Görüşün məqsədi texniki sahə üzrə təhsil alan tələbələri yeni nailiyyətlərə ruhlandırmaq və onların gələcək iş istiqamətləri haqqında təsəvvür formalaşdırmaqdır. Tələbələr rabitə bazarında tələb olunan əsas bilik və bacarıqlar barədə məlumat əldə ediblər.
Azərbaycan Texniki Universitetinin ən yaxşı tələbələrinin mükafatlandırılması “Nar” və universitet arasında 2016-cı ildən aparılan tərəfdaşlıq çərçivəsində baş tutur. Əməkdaşlıq çərçivəsində mobil operator universitetin tələbələri üçün GSM laboratoriyası istifadəyə verib, müxtəlif vaxtlarda tələbələr üçün nəzəri və təcrübi təlimlər təşkil edib.
Azərbaycan Texniki Universitetilə tərəfdaşlıq “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının bir istiqamətidir. Hədəf Azərbaycanın rabitə sahəsində peşəkar kadrların hazırlanması və onların beynəlxalq rabitə bazarında əcnəbi həmkarlarından daha üstün mövqeyə çatmasıdır.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR