Azərbaycanda bu telekanalın ADI DƏYİŞDİ – FOTO
Bizi izləyin

İKT

Azərbaycanda bu telekanalın ADI DƏYİŞDİ – FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan üç telekanalın loqosu, o cümlədən birinin adı dəyişib.

Dəyişikliyə əsasən, "İdman Azərbaycan" telekanalının adı "İdman TV" olub. Yeni loqoda AzTV-nin, "Mədəniyyət TV"nin və "İdman TV"nin adı ağ şriftlərlə qeyd olunub. TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub.

Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Rövşən Məmmədov yanvarın 15-dən QSC sədri vəzifəsini icra edirdi. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm