İKT
Zibilliyin qarşısı bu yolla alınacaq
1950-ci illərdən bu günə qədər kosmosa minlərlə raket və çox sayda peyk göndərilib. Raketlərin dağıntılarından və yararsız peyklərdən yaşadığımız planetdə böyük bir zibillik yaranıb. Yer planeti hazırda kosmik zibillik təhlükəsi ilə üz-üzədir.
Publika.az xəbər verir ki, bu zibilliyin qarşısını almaq üçün ABŞ-ın Vaşinqton əyalətində yerləşən “Tethers Unlimited” şirkəti “Terminator Tape” adlanan bir cihaz hazırlayıb.
Bu alət təxminən 70 metrlik elektrik keçirici lentdən ibarətdir. Lent sayəsində sürtünmə qüvvəsi artır və peykin Yer kürəsinə düşməsi təmin olunur.
“Tethers Unlimited” şirkətinin baş icraçı direktoru Rob Hoyt təkmilləşdirdikləri cihazın kosmos zibillərini təmizləmək üçün əhəmiyyətli bir missiyanı həyata keçirəcəyini bildirib.
Şirkət uğurlu testlərin ardından digər aviasiya şirkətləri ilə əməkdaşlıq etmək istədiyini vurğulayıb. Bundan əlavə, “Termanitor Tape”-in çəki baxımından yüngül və aşağı büdcəli texnologiya olduğu da ifadə olunub.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu