Daha bir aparıcı Xəzər TV-dən ayrıldı
Bizi izləyin

İKT

Daha bir aparıcı Xəzər TV-dən ayrıldı

"Xəzər xəbər”in aparıcısı və redaktoru Aqşin Kamal kanaldan ayrılıb.

Kult.az xəbər verir ki, bu barədə jurnalistin özü məlumat yayıb.

O bildirib ki, 2012-ci ilin mart ayından gəldiyi Xəzər TV-dən öz istəyilə ayrılmağa qərar verib:

“Televiziyanın rəhbəri Murad Dadaşova qərarımı açıqlayanda özünün də dediyi kimi, mənə böyük qardaş münasibəti sərgilədi. Hətta Xəzər TV-də qalıb çalışmağımı təkid etdi və fəaliyyətimi çox yüksək qiymətləndirdi. Murad müəllim, bu jestə görə təşəkkür edirəm! Hələ tələbəlik illərindən başlayan 19 illik jurnalıstika fəaliyyətim dövründə müxtəlif televiziyalarda müxbir, aparıcı, redaktor, şöbə müdiri, tv sözçüsü kimi vəzifələrdə çalışmışam. Bu illər ərzində məni öyrədən və dəstək olan hər kəsdən Allah razı olsun! Haqqınızı halal edin! İnşallah yaxın günlərdə tamam fərqli və yeni bir sahədə işləməyə başlayacağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm