5 min dollarlıq kamerasız “iPhone” gəlir - Sadəcə bu şəxslər istifadə edəcək
Bizi izləyin

İKT

5 min dollarlıq kamerasız “iPhone” gəlir - Sadəcə bu şəxslər istifadə edəcək

Kameralı telefonlardan istifadə etməyə üstünlük verməyənlər üçün yeni “iPhone” modeli dizayn olunub.

Publika.az xəbər verir ki, “iPhone” üçün lüks dizaynları ilə tanınan “Caviar” markası “Stealth” seriyası “iPhone 12 Pro” modellərini hazırlayıb.

Model həssas peşə qruplarına xitab edir. Kamera bu qruplara məxsus insanlarda etibarsızlıq yaratdığı üçün marka kamerasız məhsul dizayn etməkdən çəkinmir.

“iPhone 12 Pro”da sadəcə “Face ID”nin “TrueDepth” texnologiyalı ultrabənövşəyi şüalarla işləyir. Telefonda istifadə olunan bu panel radardan gizlənən qırıcı raketlərdən ilham aldığı üçün adında “Stealth” sözündən istifadə olunub.

Özəlləşdirilən smartfonun qara və qızılı olmaqla, 2 versiyası mövcuddur. Hər ikisinin arxa panelində titaniumdan istifadə olunub. Smartfondan sadəcə 99 ədəd istehsal olunması planlaşdırılır.

Məhsulun qara rəngi 4 min 990 dollar, qızılısı isə 5 min 520 dollara satılacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm