Azərbaycanda "Twitter" “Facebook"u qabaqladı
Bizi izləyin

İKT

Azərbaycanda "Twitter" “Facebook"u qabaqladı

2021-ci ilin yanvarında Azərbaycanın sosial şəbəkə bazarında “Twitter” 25,17 faiz payla birinci yerdə qərarlaşıb.

Publika.az xəbər verir ki, “Global Stats” statistika mərkəzinin məlumatına əsasən, ikinci yerdə 20,27 faiz göstərici ilə “Facebook” qərarlaşıb. Bu sosial şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı dekabrla müqayisədə 0,23 faiz azalıb.

Ölkəmizdə “Instagram” istifadəçilərinin sayı 4,59 faiz artaraq 20,1 faiz təşkil edib. "YouTube" istifadəçilərinin fəallığı bir ay ərzində 5,55 faiz artaraq 19,3 faizə yüksəlib.

Bundan əlavə, “Pinterest”in payı 13,92 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,45 faizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm