"Twitter" istifadəçilərinə ÜZÜCÜ XƏBƏR: Fevralın 9-da qərar veriləcək
Bizi izləyin

İKT

"Twitter" istifadəçilərinə ÜZÜCÜ XƏBƏR: Fevralın 9-da qərar veriləcək

"Twitter" sosial şəbəkənin reklamdan asılılığını azaltmaq məqsədilə abunəçilərdən ödəniş tələb edə bilər.

Publika.az "Bloomberg"ə istinadla xəbər verir ki, məlumatına görə, məsələ ilə bağlı yekun qərar fevralın 9-da, şirkətin növbəti hesabatının açıqlandığı zaman elan olunacaq.

Hələlik isə abunə haqlarının hansı formada tətbiq ediləcəyi açıqlanmır.

Ödəniş ya bəzi eksklüziv materiallar yayan səhifələr üçün, ya da kütləvi olaraq bütün abunəçilər üçün tələb oluna bilər. Ödənişlərin “çaypulu” kimi könüllülük prinsipi əsasında olması, yaxud da sosial şəbəkəsinin bir sıra funksiyalarına tətbiq edilməsi də istisna deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm