"Facebook" daha bir bazarda liderliyə CAN ATIR
Bizi izləyin

İKT

"Facebook" daha bir bazarda liderliyə CAN ATIR

İstehsal etdiyi cihazların çeşidini genişləndirmək üçün işlərini davam etdirən Facebook sosial şəbəkəsi, gələn il yeni ağıllı saatlarını bazara çıxarmağa hazırlaşır.

Publika.az xarici medialara istinadən xəbər verir ki, İnstagram və WhatsApp tətbiqlərini alaraq, sosial şəbəkələrdəki bazar payını artıran Facebook, indi texnologiya dünyasında çeşidini genişləndirmək üçün addımlar atır.

“Project Aria” layihəsi ilə genişlənmiş reaallıq, “Oculus” markalı virtual reallıq eynəkləri və Ray-Ban ilə əməkdaşlıq edərək ağıllı eynək sektoruna daxil olan Facebook, 2022-ci ildə ağıllı saat bazarında mövcud olmağa başlayacaq.

Məlumata görə, Facebook şirkətinin ağıllı saatı Android sistemini də dəstəkləyəcək.

Facebook şirkətinin ağıllı saatı sağlamlıq xüsusiyyətlərini özündə birləşdirəcək. Saatla mesajlaşma da mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm