"Google" bəzi ölkələrdə ÇÖKDÜ
Bizi izləyin

İKT

"Google" bəzi ölkələrdə ÇÖKDÜ

Dünyanın bir sıra ölkələrində Amerikanın “Google” axtarış sisteminin işində problemlər müşahidə olunub.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur “Downdetector” xidmətinin səhifəsində bildirilib.

Problemlərlə bağlı şikayətlərin əksəriyyəti ABŞ, İngiltərə və Fransadakı istifadəçilərdən daxil olub.

Xidmətə görə ən çox şikayət (800-dən çox) ABŞ-da qeydə alınıb. İstifadəçilərin 52% -i hesablarına daxil olmağa çalışarkən çətinliklərin olduğunu, 47% -i axtarışda problemin olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm